Prezident Ərdoğandan iyrənc karikaturaya sərt reaksiya- Hesabat verəcəklər

Tarix: 21:08 01.07.2025
Prezident və AKP Prezident Rəcəb Tayyib Ərdoğan İl Başçılarının Genişləndirilmiş Toplantısında çıxış edib.
Prezident Ərdoğan “Leman” adlı yumor jurnalının dini dəyərləri aşağılayan iyrənc karikaturasına sərt reaksiya verib:
"Peyğəmbərin mübarək yolu ilə getməyi imanımızın tələbi kimi görürük. Rəsulullaha və digər peyğəmbərlərə qarşı həyasızlıq edənlər buna görə qanun qarşısında cavab verəcəklər. Biz bunu izləyəcəyik. Bu iyrənc təxribatdır. Rəsulullaha və digər peyğəmbərlərə qarşı həyasızlıq edənlər buna görə qanun qarşısında cavab verəcəklər. Ədliyyə hərəkətə keçib, jurnal müsadirə olunub, məhkəmələr cavab verəcək. Nə qədər ki, biz bu mövqelərdəyik, adından asılı olmayaraq, bu ölkədə müqəddəs dəyərlərimizi təhqir edən heç kəsə dözməyəcəyik. Yolumuzu işıqlandıran, qəlblərimizi şəfqətlə dolduran əziz Peyğəmbərimizin əziz xatirəsini və irsini qorumaq bizim başlıca vəzifəmizdir və bunu şərəf hesab edirik".
Mənbə: TRT HABER
Zəhra Möhübbətova