Tesla satışları İsveç və Danimarkada çöküb

Bölmə: Dünya › ,
Tarix: 14:50 01.07.2025

Tesla şirkəti 2025-ci ilin iyun ayında İsveç və Danimarkada yeni avtomobil qeydiyyatlarında ciddi azalma ilə üzləşib. Mobility Sweden təşkilatının məlumatına görə, İsveçdə Tesla-nın qeydiyyata alınan avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 64.4% azalaraq 976 ədədə düşüb. Mobility Denmark isə Danimarkada qeydiyyatların 61.6% azaldığını və ümumilikdə 1,282 avtomobil olduğunu bildirib.

 

Xüsusilə Danimarkada yenilənmiş Model Y satışları da ötən illə müqayisədə 31.2% azalaraq, şirkətin bazar payını artırmaqda çətinlik çəkdiyini göstərir. Bu, Teslanın İsveç və Danimarkada ardıcıl altıncı ay satış azalması deməkdir. Şirkətin rəqibləri mövqelərini gücləndirərkən, Elon Muskın populyarlığı da azalmaqdadır.

 

Qeyd olunan satış statistikasının açıqlanması ABŞ Prezidenti Donald Trump və Elon Musk arasında yeni gərginlik dalğası — əsas vergi və xərcləmə qanun layihəsi ilə bağlı fikir ayrılığı fonunda baş verib. Bu xəbərlərdən sonra Tesla-nın Frankfurt birjasında olan səhmləri çərşənbə günü səhər saatlarında 5.6% ucuzlaşıb.

 

ANEWZ

Gülhüseynova Güllər