Türkiyədə yaşayan azərbaycanlı vəfat edib

Bölmə: Hadisə › ,
Tarix: 17:40 01.07.2025

Türkiyədə yaşayan azərbaycanlı əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Rəhim Məmmədovun iyunun 28-də vəfat etdiyi bildirilib.

Qeyd edək ki, rəssam 1928-ci ildə Bakıda anadan olub. Onun Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib. O, Beynəlxalq Memarlıq konqresi sərgisində “Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin.