Muhammet Yakut həddindən artıq dozada kokaindən ölüb

Tarix: 21:15 01.07.2025
Qırmızı bülletenlə axtarışa verilən Muhammet Yakut xaricdəki əyləncə obyektlərindən birində ölü tapılıb.
Yakutun qaldığı Sauna Klubunda həddindən artıq dozada kokain qəbul etdiyi üçün həyatını itirdiyi öyrənilib. Yakut ötən ay CHP üzvü Cemal Enginyurtla xaricdə çəkdirdiyi foto ilə yenidən gündəmə gəlib. Kokainin həddindən artıq dozasından vəfat edib.
Əldə edilən məlumata görə, uzun müddətdir fərarilik edən Yakut xaricdə qaldığı əyləncə obyektində ölü tapılıb. İlkin araşdırmalar göstərib ki, ölümün səbəbi kokainin həddindən artıq dozası olub.
A haber
Aysel Mirzəyeva