Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 09:09 04.07.2025

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.


“Azərbaycan rəhbərliyini Zirvə toplantısının uğurla təşkil olunması münasibətilə təbrik etdim və ölkənin ECO-dakı fəal rolunu yüksək qiymətləndirdim. Son dövrlərdə həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini vurğuladıq və müxtəlif sahələr üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik”, - o qeyd edib.