Qlobal istiləşmə dünyada süd istehsalını kəskin azalda bilər - -XƏBƏRDARLIQ

Tarix: 09:34 05.07.2025
Alimlər xəbərdarlıq edirlər ki, qlobal istilər dünyada süd istehsalının kəskin azalmasına səbəb ola bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, İsraildə aparılan araşdırmalar onu deməyə əsas verir ki, iqlim dəyişikliyi nəticəsində 2050-ci ilə qədər orta sutkalıq süd istehsalın 4 faizə qədər azalda bilər. Tədqiqatçılar 12 il ərzində 130 mindən çox inəkdən alınan tədqiqat məlumatlarına əsaslanaraq bildirirlər ki, həddindən artıq istilər inəklərin süd vermə qabiliyyətini 10 faiz azaldır. Qeyd olunur ki, iqlim dəyişikliyinin süd fermalarına dağıdıcı təsiri xüsusilə Cənubi Asiyada hiss olunacaq.