Aşura günü ilə bağlı qanvermə aksiyasına -START VERİLDİ

Tarix: 09:43 05.07.2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.
"İnformator.az" " Oxu.Az" a istinadən xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Qanvermə aksiyasında iştirak etmək istəyən vətəndaşlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutuna və respublika ərazisində fəaliyyət göstərən ibadət evlərinə üz tutublar. Qeyd edək ki, aksiyaya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.