Yəməndən İsrailə buraxılan raket vurulub

Bölmə: Dünya › ,
Tarix: 10:41 06.07.2025

İsrailin Müdafiə Ordusu (SAXAL) Yəməndən buraxılan raketi məhv edib.

 

"İnformator.az"ın xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir.

 

Raketin mümkün hədəfi barədə məlumat verilməyib.

 

Protokola uyğun olaraq İsrailin bir sıra ərazilərində hava hücumu həyəcanı elan olunduğu vurğulanır.