Bu, müharibənin sonunu yaxınlaşdırır

Tarix: 18:45 06.07.2025
Ukraynanın uzaqmənzilli imkanlarının gücləndirilməsi Rusiyanın başlatdığı müharibənin sonunu yaxınlaşdırır.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yaydığı videomüraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, o, cəbhədəki vəziyyətlə bağlı baş komandan Aleksandr Sırskinin məruzələrini dinləyib:
"Mən ukraynalı əsgərlərimizin hər birinə dəqiqliyinə və Rusiyanın hətta çox ucqar ərazilərinə belə çata bildiklərinə görə minnətdaram. Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Təhlükəsizlik Xidmətinin, kəşfiyyat xidmətlərimizin birgə işi - Ukraynaya uzaq mənzilli imkanlar əlavə edən hər şey bizə bu müharibənin sonunu yaxınlaşdırmağa kömək edir", - o vurğulayıb.