Şəmkirdə ağır qəza: ölü və yaralılar var

Tarix: 11:11 06.07.2025
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, "Toyota" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.
Daha bir neçə nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.