Husilər Ben-Qurion aeroportuna zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 11:32 06.07.2025

Husilər hipersəs ballistik raketdən istifadə edərək Təl-Əvivin Ben Qurion hava limanına hücum ediblər.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

 

"Raket qüvvələri hərbi əməliyyat keçirib və Fələstin-2 hipersəs ballistik raketi ilə Ben Qurion hava limanını vurublar", - Səriya bildirib.