Polşa Almaniya və Litva ilə sərhəddə hərbi əməliyyata başlayıb

Tarix: 14:53 07.07.2025
Polşa ordusu Almaniya və Litva ilə sərhəddə əməliyyata başlayıb.
"İnformator.az" xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış X sosial şəbəkəsində yazıb.
“Təhlükəsiz Qərb” əməliyyatı başlayıb - Polşa ordusu Almaniya ilə sərhəddə sərhədçilərə və polisə dəstək verir. Paralel olaraq əməliyyat çərçivəsində Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk. 5 min əsgər hərəkətə keçməyə hazırdır. Biz təhlükəsizliyi gücləndiririk – miqrasiya təhdidlərinə qətiyyətlə cavab veririk”, - o bildirib.