Sülh üçün sanksiyaların ləğvi vacibdir-Lavrov

Bölmə: Dünya › ,
Tarix: 15:47 07.07.2025

Ukraynanın silahsızlandırılması, millətçi elementlərin aradan qaldırılması, Rusiyaya qarşı iddiaların ləğvi, sanksiyaların götürülməsi və Kremlin aktivlərinin qaytarılması sülh müqaviləsində əks olunmalıdır.


"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsində bildirib.

 

Lavrov qeyd edib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır və əsas məqsəd davamlı sülhün təmin olunmasıdır sadəcə atəşkəs deyil.


"Davamlı sülh münaqişənin əsas səbəbləri aradan qaldırılmadan mümkün deyil", - nazir vurğulayıb.