Azərbaycan Cüdo Federasiyasının (ACF) ölkə üzrə payladığı tatami sayı 10000-i keçib.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, 2022-ci ildən Bakı və regionlarda 120 idman zalına qurumdan 10 000-dən çox tatami paylanılıb.

 

Həmçinin 2 000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

 

Qeyd edək ki, 2022 - 2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.