Mirzoyan: Ermənistan sülhə sadiqdir

Bölmə: Dünya › ,
Tarix: 16:44 07.07.2025

Ermənistanın prioritetlərindən biri sülh gündəmidir və bu istiqamətdə Azərbaycanla danışıqlar aparılır.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Çinin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.

 

Nazirin sözlərinə görə, tərəflər artıq sülh sazişi layihəsi üzrə razılığa gəliblər və Ermənistan bu sənədi imzalamağa və ratifikasiya etməyə hazırdır.


"Bununla yanaşı, Ermənistan qərb qonşusu Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına çalışır",- o vurğulayıb.