Tehran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

 

Pezeşkian deyib: “Biz danışıqların bərpasında problem görmürük”.

Eyni zamanda o əlavə edib ki, bu proseslə bağlı müəyyən şərtlər var: “ ABŞ-yə necə yenidən etibar edə bilərik? Əgər danışıqlara qayıtsaq, İsrailin bizi bir daha vurmasına icazə verilməyəcəyinə necə əmin ola bilərik?” — o vurğulayıb.