İsrail Yəmənin müxtəlif nöqtələrinə hava zərbələri endirir

Bölmə: Dünya › ,
Tarix: 17:22 07.07.2025

İsrailin qaniçən müdafiə naziri Yisrael Katz İsrail ordusunun Yəmənin müxtəlif nöqtələrinə hava hücumu təşkil etdiyini açıqlayıb.

 

Katz, İsrail ordusunun "Qara Bayraq" adlı hücum çərçivəsində Hudeydə, Salif və Ras İsa limanlarına, Ras əl-Kəsib elektrik stansiyasına və husilərin istifadə etdiyi "Galaxy Leader"gəmisinə şiddətli hücumlar təşkil etdiyini ifadə edərək, "Husilər bu hərəkətlərinin ağır əvəzini ödəməyə davam edəcəklər",-dedi. 

 

Hücumlarda ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir məlumat paylaşılmayıb.

 

Qatil İsrail Ordusunun sözçüsü Avichay Adraee də X hesabında hücumların onlarla döyüş təyyarəsi tərəfindən həyata keçirildiyini bildirib.

 

İsrail ordusu bir müddət əvvəl Yəməndə işarələnmiş bəzi nöqtələrin yer aldığı xəritəni paylaşmış və hücum təhdidləri edib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli