Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib

Tarix: 17:24 07.07.2025
İran Prezidenti Məsud Pəzəşkian İsrail hakimiyyətinin onun üzərinə sui-qəsd cəhdi etdiyini, lakin bu cəhdin uğursuz olduğunu bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
Pəzəşkian sui-qəsd cəhdinin təxminən bir həftə yarım əvvəl baş verdiyini və ABŞ-nin bu hadisədə iştirak etmədiyini vurğulayıb.
“Biz iclasdaydıq, növbəti addımları müzakirə edirdik. İsrailin casuslarından alınan kəşfiyyat məlumatları əsasında onlar iclas keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, – İran Prezidenti əlavə edib.