Nazir Fidan: Türkiyəyə qlobal maraq artır

Tarix: 19:04 08.07.2025
Türkiyə xarici siyasətdə təsirini artırır. Xarici işlər naziri Hakan Fidan BRİKS sammitindən sonra TRT Xəbər-ə açıqlamasında qlobal diplomatiyada ölkəsinin artan roluna diqqət çəkib.
Fidan bildirib ki, Türkiyə BRİKS ilə yaxından maraqlanır və beynəlxalq ictimaiyyət Ankaranın təcrübəsindən faydalanmaq istəyir:
“Qlobal sistemdəki dəyişiklikləri izləyirik və bu baxımdan BRİKS ilə dialoqu davam etdirəcəyik”, – deyə nazir vurğulayıb.
O, həmçinin Qəzzadakı humanitar böhran, Rusiya-Ukrayna münaqişəsi və İsrail-İran gərginliyi ilə bağlı Türkiyənin fəal mövqeyini də diqqətə çatdırıb.
TRT XƏBƏR
Mahmudlu Ləman