Luksemburqlu futbolçu “Zirə”də

Tarix: 22:44 08.07.2025
“Zirə” yeni futbolçu ilə anlaşıb.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, komanda Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub.
Luksemburq yığmasının da üzvü olan Till son olaraq “Sabah”da çıxış edib.