Rusiya ilə sonsuzadək müharibə apara bilmərik-Pavel

Tarix: 19:21 08.07.2025
Rusiya ilə sonsuz müharibə aparmaq mümkün deyil.
"İnformator.az" xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel BBC-yə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna konfliktinin başa çatmasından sonra Avropa və Rusiya arasında əməkdaşlıq əlaqələri bərpa olunmalıdır:
“Hansı alternativlərimiz var? Rusiya ilə sonsuzadək döyüşmək? Bu yanaşma yəqin ki, hamımız üçün böyük insan itkisi və iqtisadi zərərlə nəticələnəcək. Nədənsə başlamalıyıq”.