Orban Leyeni istefaya çağırb

Bölmə: Dünya › ,
Tarix: 17:51 09.07.2025

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyeni onun barəsində irəli sürülmüş korrupsiya ittihamı ilə istefa verməyə çağırıb.

 

"İnformator.az"  xəbər verir ki, bununla bağlı Orban özünün X hesabında paylaşım edib.

 

Orban bu nəşri fon der Leyenin portreti ilə müşayiət edərək üzərinə "Getmək vaxtıdır" yazıb. İyulun 10-da Strasburqda AK rəhbərinə etimad səsverməsi keçiriləcək. Qeyd edək ki, Macarıstanın baş naziri uzun müddətdir ki, Avropa Birliyinin hazırkı rəhbərliyini, o cümlədən onun miqrasiya, Ukraynadakı münaqişə, Rusiyaya qarşı sanksiyalar, eləcə də birliyin Çin və ABŞ ilə iqtisadi münasibətləri ilə bağlı siyasətini sərt tənqid edir. Avropa Parlamentində fon der Leyenə etimadla bağlı səsvermənin keçiriləcəyinin səbəbi, ilk növbədə, pandemiya zamanı Avropa Birliyinin klinik sınaqlardan keçməyən COVID-19 peyvəndi alması ilə bağlı ona qarşı irəli sürülən ittihamlar olub.