Tramp Braziliyadan idxal olunan məhsullara 50 faizlik rüsum tətbiq edəcək

Tarix: 13:03 10.07.2025
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva bildirib ki, onun ölkəsi “faiz dərəcələrinin birtərəfli şəkildə artırılmasına qarşı iqtisadi qarşılıqlılıq qanununa əsaslanaraq cavab verəcək” və Trampa “internetdə az vaxt keçirməyi” tövsiyə edib.
ABŞ Prezidenti Donald Tramp isə Braziliyadan idxala qarşı avqust ayından 50 faizlik rüsumların tətbiq olunacağını elan edib. O, bu addımı Braziliyada sabiq prezident Jair Bolsonarunun təqib olunması ilə əsaslandırıb.
Braziliya hakimiyyəti Bolsonarunu 2022-ci il seçkilərində məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq məqsədilə çevrilişə cəhd etməkdə ittiham edir.
Tramp Braziliyanın sabiq liderini öz dostu adlandırır. Onlar hər ikisi vəzifədə olarkən Bolsonaru bir neçə dəfə Floridadakı Mar-a-Laqo iqamətgahında Tramp tərəfindən qəbul olunub.
Truth Social sosial şəbəkəsində dərc olunan paylaşımında Tramp Braziliya hakimiyyətinin sabiq prezidentə qarşı addımlarını “beynəlxalq biabırçılıq” adlandırıb və onu məhkəməyə verməyi “cadugər ovuna” bənzədərək bunun dərhal dayandırılmalı olduğunu bildirib.
Bu paylaşım Tramp tərəfindən 2022-ci ildə Bolsonarudan sonra hakimiyyətə gələn hazırkı prezident Lula da Silvaya ünvanlanıb.
Euronews
Fatimə Heydərova