Tbilisi ABŞ-dən Gürcüstanla münasibətlərə aydınlıq gətirməsini istəyir-XİN başçısı

Tarix: 14:19 10.07.2025
ABŞ Gürcüstanın strateji tərəfdaşı olaraq qalır. ABŞ-nin yeni administrasiyası Gürcüstanla ikitərəfli münasibətləri necə gördüyünə aydınlıq gətirməlidir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Gürcüstan üçün ABŞ ilə münasibətləri saxlamaq vacibdir və strateji tərəfdaşlığın dayandırılması Tbilisinin qərarı olmayıb.
M.Boçorişvili qeyd edib ki, Tbilisi ABŞ-nin yeni administrasiyasının dövründə Gürcüstanla münasibətlərin yaxşılaşdırılmasına və onların müsbət məcraya yönəldilməsinə hazırdır.
Qeyd edək ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.