Lavrov və Rubionun görüşü başlayıb

Tarix: 14:56 10.07.2025
Kuala-Lumpurda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında görüş başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, onlar ASEAN tədbirləri çərçivəsində danışıqlar aparır.
Qeyd edək ki, Lavrov və Rubio sonuncu dəfə fevralın 19-da Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyəti arasında danışıqlar zamanı görüşüb.