ABŞ-dən çox danışılacaq “sanksiya” qərarı!

Bölmə: Dünya › ,
Tarix: 16:23 10.07.2025

ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brus Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə mərkəzli qanunsuz İran maliyyə şəbəkəsinə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

 

Brus sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada bunları qeyd edib: “ABŞ Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə mərkəzli qanunsuz İran maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib. İranın neft ticarətindən əldə edilən bu vəsaitlər illərdir İranın terrorçu vasitəçilərini dəstəkləyən İran İslam İnqilabı Keşikçiləri Korpusuna fayda verib".

 

Haberler.com

Aygün Babayeva