852 metr yüksəklikdəki mağarada nə baş verib?

Tarix: 17:33 10.07.2025
Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalındakı dağlıq ərazidə aparılan axtarış əməliyyatı zamanı metan və dəm qazından zəhərlənərək ölən əsgərlərin ölümləri ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Ölən əsgərlər 2022-ci il mayın 28-də münaqişə zamanı həlak olan baş leytenantın meyitini axtarıblar.
İyulun 6-da mağarada aparılan axtarışlar zamanı ümumilikdə 19 əsgər qaza məruz qalıb, onlardan 12-si həyatını itirib.
Ən azı dörd əsgər Ankaradakı Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında (GATA) müalicə olunub.
Müdafiə naziri Yaşar Gülərin xəstəxanaya gəlişi zamanı bir əsgərin qohumunun “Üç dəfə içəri girdilər” deməsi kameralara tuş gəlib.
İyulun 10-da nazirliyin həftəlik brifinqində kontr-admiral Zeki Aktürk “İnzibati istintaq prosesi davam edir, hadisə hər tərəfdən ətraflı araşdırılır” deyib.
BBC
Zəhra Möhübbətova