ABŞ NATO müttəfiqləri arasında Ukrayna üçün "Patriot" axtarır

Bölmə: Dünya › ,
Tarix: 18:14 10.07.2025

ABŞ administrasiyası NATO müttəfiqlərindən bəzilərini Ukraynaya "Patriot" zenit-raket sistemlərinin bir hissəsini verməyə razı salmağa çalışır. Bu barədə ABŞ Dövlət Katibi Marko Rubio məlumat verib.

 

“Ümid edirəm ki, NATO-dakı bəzi tərəfdaşlarımızı Ukraynaya "Patriot" batareyaları verməyə inandıra biləcəyik. Bu sistemlərə malik bir sıra ölkələr var, lakin hazırda heç kim özündə olanı paylaşmaq istəmir. Ola bilsin ki, bu yanaşma dəyişəcək”, – Rubio səfərdə olduğu Kuala-Lumpurda keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı bir neçə ölkə ilə fəal danışıqlar aparılır. Rubio əlavə edib ki, bu tip sistemlər Almaniya, İspaniya və digər ölkələrin arsenalında mövcuddur.

 

Mənbə :Caliber 

Aytən Ağazadə