Romada 200-ə yaxın müqavilə imzalanıb

Tarix: 18:16 10.07.2025
Romada keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfransda təxminən 10 milyard avro dəyərində razılaşmalar əldə olunub. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Avropa Həqiqəti”nin yaydığı məlumata görə, Zelenski bu açıqlamanı cümə axşamı Romada İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşdən sonra verib.
Dövlət başçısının sözlərinə görə, konfrans çərçivəsində ümumilikdə 200-ə yaxın müqavilə bağlanıb.
“Düşünürəm ki, bu, mühüm nəticədir. Razılaşmaların dəyəri barədə artıq hamı danışıb, Giorgia da qeyd etdi – 10 milyard avrodan çoxdur. Bu, kifayət qədər ciddi göstəricidir”, – Zelenski vurğulayıb.
Mənbə :Caliber
Aytən Ağazadə