Adıyamanın Bələdiyyə Başçısı Tutdere vəzifəsindən uzaqlaşdırılıb

Bölmə: Dünya › ,
Tarix: 18:43 10.07.2025

Türkiyə Daxili İşlər Nazirliyi, "irtikap" (rüşvət alınması) cinayəti üzrə aparılan istintaq çərçivəsində evini tərk etməmə qərarı çıxarılan Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere-nin müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.


Nazirliyin açıqlamasında deyilir:


"Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere barəsində ‘zor tətbiq etməklə irtikap’ cinayəti üzrə istintaq aparılır. Bu çərçivədə İstanbul 8-ci Sülh Cinayət Hakimliyinin 8 iyul 2025-ci il tarixli və 2025/855 nömrəli qərarı ilə ona evini tərk etməmə şərti ilə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Bu səbəblə, Türkiyə Konstitusiyasının 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb."


Haber Global
Xəlilli Nigar