Almaniya ABŞ-dən "Patriot" alıb, ABŞ-ə göndərmək istəyir

Tarix: 19:07 10.07.2025
Almaniya Kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla Ukraynaya daha çox “Patriot” sistemləri və raketlərin verilməsi məsələsini müzakirə edib, lakin hələlik yekun qərar verilməyib.
"İnformator.az" xəbər verir ki, Almaniya lideri bu barədə iyulun 10-da Romada Ukraynanın yenidən qurulmasına dair URC 2025 konfransı çərçivəsində baş tutan brifinqində deyib.
Merzin sözlərinə görə, o, daha çox “Patriot” sistemləri almaq və onları Ukraynaya göndərmək planları ilə bağlı ABŞ hökuməti, prezident Trampla sıx əlaqədədir.
O, həmçinin Rusiyanın davam edən hücumları fonunda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini qeyd edib.