Bursada meşə yanğını nəzarət altına alınıb

Bölmə: Dünya › ,
Tarix: 19:34 10.07.2025

 

Türkiyənin Bursa şəhərinin Nilüfer rayonunda axşam saatlarında başlayan meşə yanğını qrupların intensiv müdaxiləsi nəticəsində nəzarət altına alınıb. Hadisə Maksempınar bölgəsində baş verib.

Yanğına həm havadan, həm də qurudan müdaxilə edən yanğınsöndürmə heyətləri təxminən 7 saatlıq mübarizədən sonra alovu söndürə bilib. Alovun iki fərqli əraziyə yayılması təhlükəsinə baxmayaraq, operativ tədbirlər nəticəsində yanğın tam nəzarətə götürülüb.

Hazırda ərazidə soyutma işləri davam etdirilir.

TRT XƏBƏR
Mahmudlu Ləman