Egey dənizində 4,6 bal gücündə zəlzələ baş verib

Tarix: 19:34 10.07.2025
Bu gecə saat 01:54-də Egey dənizində 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Verilən məlumata əsasən, zəlzələnin episentri Egey dənizində yerləşib və yerin 11,1 kilometr dərinliyində baş verib.
İlkin məlumatlara görə, təkanlar nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
TRT XƏBƏR
Mahmudlu Ləman