PKK-nın tərksilahında İraqın rolu: Ankara-Bağdad-Ərbil xətti aktivləşir

Bölmə: Dünya › ,
Tarix: 19:58 10.07.2025

 

Türkiyənin PKK ilə mübarizəsində İraq əsas tərəfdaş rolunu oynayır. 1990-cı illərdən bu yana PKK-nın qərargahlarının yerləşdiyi İraq ərazisi, indi silahsızlaşdırma prosesinin mərkəzinə çevrilib. Prosesin İraqda həyata keçirilməsi planlaşdırılır və PKK üzvləri bir müddət bu ölkədə qalacaqlar.

MİT rəhbəri İbrahim Kalının Bağdad və Ərbil səfərləri zamanı İraq mərkəzi hökuməti və Kürdüstan Regional Rəhbərliyi ilə silahsızlaşdırma prosesinin detalları razılaşdırılıb. Ankara-Bağdad-Ərbil arasında güclü koordinasiya təmin olunub. Prosesin ilk mərhələsi iyulun 11-də Süleymaniyyə yaxınlığında başlanacaq.

Silahların qeydiyyata alınaraq məhv ediləcəyi bildirilir. Hazırda İraqda təxminən 2200 PKK üzvü qalır. Onların Türkiyəyə qayıdışı gələcək qanunvericilik dəyişikliklərindən asılı olacaq.

Türkiyə və İraq arasında son illərdə imzalanan təhlükəsizlik razılaşmaları, PKK-nın İraqda "qadağan olunmuş təşkilat" elan edilməsi və ortaq təhlükəsizlik mərkəzlərinin yaradılması bu prosesə zəmin yaradıb.

İqtisadi cəhətdən isə, iki ölkə arasında əməkdaşlığı dərinləşdirən “İnkişaf Yolu Layihəsi”nin həyata keçirilməsi, siyasi və təhlükəsizlik sabitliyi üçün əlavə stimul hesab olunur. Layihə İraqı Türkiyə üzərindən Avropa bazarlarına birləşdirən dəmir yolu şəbəkəsini əhatə edir.

Mənbə: BBC Türk
Türkan Kərimli