Yaponiya Çin təyyarələrindən narahatdır

Bölmə: Dünya › ,
Tarix: 19:58 10.07.2025

 

Yaponiya təyyarələrinə “adi haldan qeyri-adi dərəcədə yaxın uçuş edən” Çin təyyarələrindən narahatlıq duyulduğunu bildirib.

 

Yaponiya Xarici İşlər Nazirliyi Çinlə yaşanan gərginliklə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, son iki gündə Çin təyyarələri Şərqi Çin dənizi üzərində müşahidə uçuşları həyata keçirən Yaponiya təyyarələrinə “adi haldan qeyri-adi dərəcədə yaxın uçuşlar” edib.

Hadisə ilə əlaqədar olaraq, Çinin Yaponiyadakı səfiri Vu Szyanxao (Wu Jianghao) Xarici İşlər Nazirliyinə çağırılıb və narahatlıqlar ona çatdırılıb. Açıqlamada qeyd olunub ki, bu cür davranışlar toqquşmalara səbəb ola bilər.

Yaponiya Çin hökumətinə belə riskli addımlardan çəkilmək çağırışı edib.

Digər tərəfdən, hələlik Çin tərəfindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Yaponiya ötən gün Çinin artan hərbi fəallığını əsas gətirərək, ölkənin cənub-qərbindəki adaların müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Saga prefekturasında yeni hərbi baza açıldığını elan edib.

TRT XƏBƏR
Lalə Qurbanlı