Çindən AB-yə tutarlı cavab

Bölmə: Siyasət › ,
Tarix: 20:00 10.07.2025

 

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, “Ümid edirik ki, Avropa Birliyi Çin və AB arasında iqtisadi əlaqələri deyil, AB-nin düşüncə tərzini balanslaşdırmalı olduğunu anlayacaq”.

 

O həmçinin vurğulayıb ki, Çin və Avropa Birliyi fikir ayrılıqlarını dialoq yolu ilə həll etməlidir. “Avropa Birliyindən bazarımızın tələblərinə uyğun keyfiyyətli məhsulların idxalını artırmağa hazırdır və ümid edir ki, AB Çinə yüksək texnologiyalı məhsulların tədarükünə tətbiq etdiyi məhdudiyyətləri azaldacaq”.

 

Qeyd edək ki, daha öncə Çin Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin və Avropanın inkişafı üçün real balanslaşdırma lazım olduğunu söyləyib:"Çindən ixrac edilən artıq istehsal gücünün azaldılması və Avropa şirkətləri üçün Çinə ədalətli və qarşılıqlı giriş imkanları lazımdır”.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Aİ-nin Çinə bu münasibəti Pekin-Moskva əlaqələrindən qaynaqlanır:

 

“Heç şübhəsiz ki, Avropa İttifaqı tərəfindən Çinə göstərilən bu münasibət daha çox Pekin-Moskva əlaqələrindən doğur. ABŞ Kremlin ən yaxın müttəfiqlərindən birinin Çin olmasını heç cür qəbul etmək istəmir. Mao Ninin fikirlərində həqiqətlər çoxdur. Təbii ki, mövcud durum danışıqlar yolu ilə həllini tapmalıdır. Əks halda bu vəziyyət davam edəcək. Çünki Çin sıradan bir ölkə deyil və iqtisadiyyatına görə az qala Amerikanı da ötüb keçəcək, bəzi iddialara görə keçib də. Düşünürəm ki, sonunda Aİ tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq. Çünki Çin kimi bir ölkəni heç bir ittifaq itirmək istəməz. Bunun rüşeymləri açıq görünməkdədir. Əks halda Pekin-Moskva əlaqələri daha da dərinləşəcək. Zatən bunun mesajları da Çin tərəfindən verilməkdədir. Son açıqlamalarda bunun ruhu açıq şəkildə sezilir. Hesab edirəm ki, bundan sonra Çin-AB əlaqələrindəki gərgin məqamlar aradan qalxmağa doğru gedəcək. Başqa yolu da yoxdur. Bir məsələni unutmayaq. Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. İstənilən məsələyə veto qoymaq hüququ var. Demək, Avropa ölkələrinin hər birinin ona “işi düşə bilər”.

 

Çinin müttəfiqi Rusiya da beş daimi üzvdən biridir. İndi belə bir şəraitdə Avropa İttifaqına Çinlə soyuq münasibətlər lazımdır?

Əlbəttə, xeyr”.

 

Lalə Qurbanlı