Rusiya və Oman vizaları ləğv edir

Tarix: 20:05 10.07.2025
Rusiya və Oman arasında vizaların qarşılıqlı ləğvini nəzərdə tutan razılaşma 18 iyul 2025-ci ildən qüvvəyə minəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Aprel ayında imzalanmış razılaşmaya əsasən, Rusiya vətəndaşları Oman ərazisində vizasız olaraq hər səfərdə maksimum 30 gün qala bilərlər. Bu müddət daimi yaşayış, təhsil və ya iş icazəsi tələb edən fəaliyyətləri əhatə etmir. Ümumilikdə isə vizasız qalma müddəti təqvim ili ərzində 90 günü keçməməlidir.
Eyni şərtlər Oman vətəndaşlarına da Rusiya ərazisinə səfər etdikdə tətbiq olunacaq.
Qeyd edək ki, vizasız rejim haqqında razılaşma 22 aprel 2025-ci ildə Moskvada Rusiya Prezidenti Vladimir Putin və Omanın Sultanı Heysəm bin Tariq arasında keçirilmiş danışıqlardan sonra imzalanıb.
ANEWZ
Gülhüseynova Güllər