İsrail: Yəməndən gələn raket tutulub

Tarix: 20:06 10.07.2025
İsrail ordusu bildirib ki, iyulun 10-da Yəməndən buraxılmış ballistik raket hava hücumu xəbərdarlığı sirenlərinin işə düşməsindən sonra müdafiə sistemləri tərəfindən ələ keçirilib. Yəmənin husiləri isə həmin gün İsrailin Təl-Əviv yaxınlığında yerləşən Ben Qurion Hava Limanını ballistik raketlə vurduqlarını iddia ediblər.
Raket hücumu zamanı İsrailin mərkəzi bölgələrində, Qüds ətrafında və bəzi İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrində sirenlər səslənib. Rəsmilərin məlumatına görə, buraxılan onlarla raket və pilotsuz uçuş aparatı ya havada məhv edilib, ya da hədəfə çatmadan yerə düşüb.
İsrail cavab olaraq bir sıra hava zərbələri endirdiyini açıqlayıb.
İranın dəstəklədiyi husilər 2023-cü ilin noyabrından etibarən İsrailə qarşı hücumlar həyata keçirir və Qırmızı dənizdə gəmiçilik yollarına hücum edirlər. Bu hücumlar nəticəsində Qırmızı dənizdə, dünya neft və ticarət daşımaları üçün həyati əhəmiyyət daşıyan marşrutda gəmi hərəkəti xeyli azalıb. Husi qruplaşması bu addımları Qəzza müharibəsində fələstinlilərlə həmrəylik məqsədilə atdığını bildirir.
Qeyd edək ki, husilər may ayında İsrailin hava limanlarına təkrar raket hücumları etməklə ölkəyə qarşı "əhatəli hava blokadası" tətbiq edəcəklərini açıqlayıblar.
ANEWZ
Gülhüseynova Güllər