Avropa Komissiyası etimadsızlıq səsverməsindən sağ çıxıb

Tarix: 21:11 10.07.2025
Ursula fon der Leyen və Avropa Komissiyası Avropa Parlamentində keçirilən etimadsızlıq səsverməsindən keçə bilib. 175 deputat etimadsızlıq təşəbbüsünün lehinə, 360-ı əleyhinə səs verib, 18 nəfər isə bitərəf qalıb.
Etimadsızlıq təşəbbüsünün qəbul olunması üçün tələb olunan üçdə iki səs çoxluğu təmin olunmayıb.
Fon der Leyen səsvermə zamanı parlament zalında olmayıb, lakin nəticə onun vəzifəsini hələlik qoruduğunu göstərir. Buna baxmayaraq, bu səsvermə onun mövqeyini zəiflədib və parlamentdə onun proqramına dəstək məsələsində suallar yaradıb.
Sosialistlər və Demokratlar qrupu isə öz dəstəyi qarşılığında növbəti uzunmüddətli büdcə ilə bağlı öhdəlik alıblar. Bu vədin gerçəkləşib-gerçəkləşməyəcəyi gələn həftə Komissiyanın büdcə təklifini açıqladığı zaman bəlli olacaq.
EURONEWS
Səmayə Səftərova