Heç vaxt Trampa qarşı buna dəstək verməmişik -Pezeşkian

Tarix: 21:33 10.07.2025
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərinə heç vaxt dəstək verməyib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Fuad Həsənov bildirir ki, Məsud Pezeşkiyan İran prezidentlərinin içərisində öz islahatçı ilə fərqlənən bir prezident kimi təəssürat yaradıb:
“Bu baxımdan bütün hallarda ölkənin böyük bir dövlətin rəhbəri onun belə bir bəyanat verməsi, təbii ki, soyuqlaşmış nisbətən yumşaldılması və perspektivdə qaydaya salmaq cəhdi kimi qiymətləndirilə bilər. Yəni ona bir töhfə vermək üçün belə bir tonda belə bir məzmunda bəyanat səsləndirilib. Pezeşkiyan özünün bir çox çıxışlarında İranın heç zaman zorakılığı dəstəkləmədiyini və özünün də islahatçı mövqeyi ilə tanındığını, müxtəlif sətiraltı ifadələrlə sərgiləyir. Özü də bir çox çıxışlarında, hətta parlamentdə yaranmış böhranlı bağlı tribunaya yaxınlaşdı və öz mövqeyini açıq şəkildə ifadə etdi. Bu baxımdan Pazeşkiyan bəyanatı həqiqətən də bu münasibətlərin yaxşılaşdırılmasına və İrana qarşı olan sanksiyaların yüngülləşdirilməsinə yönəlik bir diplomatik hazırlıq əlaməti kimi qəbul oluna bilər”.
Həmçinin politoloq bu bəyənatın İran ABŞ münasibətlərinə təsirindən də danışıb:
“İstənilən halda beynəlxalq münasibətlərdə diplomatik deyil, yumşaq mesajların verilməsi münasibətlərin yumşalmasına, yaxşılaşdırmaq istiqamətində yardımçı ola bilir. Hesab edirəm ki, Pazeşkiyan bu bəyanatı Trampın prezident olduğu müddətdə də belə bir niyyətin göstəricisi olacaq. Və əgər Tramp İrana qarşı nə qədər sərt xətt tərəfdarı olsa da, 2018-ci ildə İrandan nüvə sazişindən çıxsa da, bunların hamısını biz nəzərə alaraq düşünə bilərik ki, bu Pazeşkiyanın bəyanatı, yumşalma istiqamətində atdığı bəzi ilkin addımlar və eyni zamanda İran- ABŞ münasibətlərində hər şey İranın davranışından və yaxud da mesajlarından asılı olmayacaq. Burada İranın və ABŞ-nin dövlət maraqlarına uyğun olan istəkləri var. Prezidentlərin içərisində başda Tramp olmaqla İranla münasibətlərdə sərt xətti tutması münasibətlərin normallaşması üçün kifayət etməyəcək. Yəni davranışlar qarşılıqlı şəkildə tarazlanmalıdır, güzəştlər də daha rasional şəkildə həyata keçirilməlidir. İranın bir çox məsələlərdə və sistemin hazırkı maraqları baxımından özünü də haqlı saydığı məsələlər var. Bu baxımdan yenə də burada diplomat peşəkar dövlət iradəsi və ağlı tələb olunur ki, tərəflər bu münasibətləri normallaşdırmaq üçün hansısa bir vacib məsafə qət eləyə bilsinlər. İran prezidentinin simasında sui qəsd cəhdlərini qəti şəkildə pisləyir, açıq şəkildə həm də bunu bildirir. Yəni özü də öz çıxışlarında Trampa qarşı düşmən mövqe tutmamasını dilə gətirir. Bunlar da gələcəkdə rəsmi danışıqlar da pozitiv gedişata zəmin yarada bilər. Təbii ki, Trampın özü də nə qədər ziddiyyətli, bir-birini bəzən bir çox hallarda təkzib edən bəyanatlar verən bir prezident kimi ağlımızda qalsa da, düşünürəm ki, Tramp İran kimi Yaxın Şərqdə çox əhəmiyyətli bir dövlətin, indiki mötədil islahatçı prezidentinin bu jestlərini, yəni zəiflik əlaməti kimi qəbul etməməlidir. Münasibətləri yaxşılaşdırmaq üçün həllini gözləyən problemlərinin həllinə hansısa bir dərəcədə nail ola bilmək üçün əsas kimi qəbul edə bilər. Və İran-ABŞ münasibətlərində yeni bir münbit bir səhifə açılmış ola bilər”.
Son olaraq politoloq qeyd edib ki, belə açıqlamalar İranın daxilində də sərt xətt tərəfdarları və islahatçılar arasında fikir ayrılığı ziddiyyət yarada bilər:
“Çünki İranda daim bu islahatçılarlarla mühafizəkarlar arasında fikir ayrılıqları, ziddiyyətlər dövlətin strateji xəttinin müəyyən olunmasında, beynəlxalq münasibətlərdə razılaşmalarda hansısa uğurlu məsafənin qətt olunmasına ciddi şəkildə təsir edə bilər. Məsələn, mühafizəkarların öz yanaşma tərzi var və onların qoyduğu tələblər fərqlidir. Amma islahatçılar bunu daha çox İranın rahat bir dönəmə daxil olması baxımından və sanksiyaların yumşaldıla bilməsi baxımından bir az daha yumşaq, fərqli bir yanaşma sərgiləyə bilirlər. Belə bir sərt xətt tərəfdarları ilə, xüsusilə də bu sonuncu İsrailin İrana qarşı hava hücumu, Amerikanın sonunda İsrailin hücumuna dəstək verməsi, İranın nüvə zənginləşdirmə proqramlarının ciddi basqı altına düşməsi bunlar sərt xətt tərəfdarlarının da öz mövqelərində islahatçılara qarşı ciddi şəkildə dayanmasına səbəb olacaq. Ona görə də ABŞ ilə yaxınlaşmaq, münasibətlərin mülayimləşməsinə doğru addımlar atmaq məsələsini sərt xətt tərəfdarları mühafizəkarlar davamlı şəkildə ölkənin İranın milli təhlükəsizliyinə təhdid kimi görəcəklər. Yəni prosesdən anlaşılan budur. Və təbii ki, davamlı şəkildə əllərində olan resurslar, alətlər vasitəsilə nəzarət etdikləri media imkanları vasitəsilə, sərt mühafizəkarlar, daim islahatçılar qanadın nümayəndələri, xüsusən də başda prezident olmaqla onun münasibətlərin yumşalması istiqamətində verilmiş bəyanatları zəiflik, yəni İran tərəfindən lüzumsuz bir güz ediləcək. Bu baxımdan siyasi mübarizə də daxildə kifayət qədər güclənə bilər”.
Aysel Mirzəyeva