İlham Əliyev BƏƏ-də səfərdə olub

Bölmə: Siyasət › ,
Tarix: 21:53 10.07.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan- Ermənistan nümayəndə heyətləri arasında danışıqlar gedib:

 

“Bu sülh danışıqları ilə bağlıdır. Qarşıdakı münasibətlərin nizama salınması ilə sülh sazişinin imzalanmasına, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına dair razılaşmaların əldə edilməsi ilə bağlıdır. Yəni həm baş nazir Paşinyan, həm də Prezident İlham Əliyevin səfəri təbii ki, bu, ikitərəfli danışıqları həyata keçirmək üçün gerçəkləşib. Yəni, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və hətta Güney Qafqazda onların bir mövqedən çıxış etməsi üçün arada olan bütün əngəllərin aradan qaldırılmasıdır. Məncə, bu görüşün əsas vəzifəsi və yəqin ki, bu görüşün baş tutmasında digər dövlətlərin, o cümlədən ABŞ-nin və başqalarının da yəqin ki, rolu və təsiri iştirakı var. Hər halda dünya Güney Qafqazda sülh istəyir və bunun üçün də Azərbaycan və Ermənistan dövlətləri arasında sülh sazişinin imzalanması şərtdir. Birləşmiş Ərəb Əmirliyinin, ümumiyyətlə İranla münasibətlərində zaman-zaman müəyyən sorğular yaşayır, amma eyni zamanda onlar həm də qonşuluq əməkdaşlıq edirlər. Yəni İslam ölkələri ilə İran ənənəvi münasibətləri təbii ki, müəyyən konfliktlərlə müşayiət olunur. Amma indi yaranmış vəziyyət onu bir qədər dəyişir. Xüsusilə İranın yeni prezidenti Məsud Pezeşkiyan İslam ölkələri ilə münasibətlərin nizamlanmasında maraqlıdır. Hər halda bu səfər, yəni bu görüşün Birləşmiş Ərəb Əmirliyində baş tutmasının düşünürəm ki, İranın Cənubi Qafqaz münasibətlərinə hansısa bir təsir olsun. Yəni normalda bu görüş haradasa olmalıdır və tərəflər konkret əmirliyi seçiblər. Məncə, bu, İrandan Güney Qafqaz dövləti arasındakı münasibətlərə hər hansı təsir göstərməyəcək. Bu görüşün baş tutması və Ermənistanın da burada iştirakı, düşünürəm ki, digər dövlətlərin də Ermənistana münasibətində elə bir fərq ortaya çıxartmayacaq. Düzdür, ola bilsin, burda Rusiya narazı qalsın, Azərbaycan və Ermənistana münasibətdə əlindən gələn hər bir şeyi edir. Amma beynəlxalq münasibətlər sistemində olan digər iştirakçıların bu görüşün alınmasında, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında münasibətlərinin müsbət olduğunu qeyd eliyə bilərəm”.


Aysel Mirzəyeva