Arxeoloji dəlillər sionistlərin “Böyük Yəhudi Krallığı”na olan inamını təkzib edir

Tarix: 22:31 10.07.2025
Arxeoloji və tarixi dəlillər, sionistlərin Fələstinlə bağlı narrativlərini əsaslandırdıqları, guya mövcud olmuş “Böyük Yəhudi Krallığı” və “Vəd edilmiş torpaq” anlayışlarını dəstəkləyən sübutların olmadığını göstərir. Bu narrativlərdə adı çəkilən Yəhudi Krallığı ya ümumiyyətlə mövcud olmayıb, ya da həmin bölgədə mövcud olmayıb.
“Anadolu” agentliyinin müxbiri ilə söhbətində Fələstin kimliyi və arxeologiyası, eləcə də yəhudiləşdirmə prosesi və tarixi irsin məhv edilməsi üzrə mütəxəssis olan elmlər doktoru Əbdülrəzzaq Matani, guya arxeoloji tapıntılara əsaslanan sionist narrativin elmi baxımdan əsassız olduğunu qeyd edib. O, həmçinin İsraildə arxeologiyadan ideoloji məqsədlərlə istifadə olunduğunu bildirib.
Matani vurğulayıb ki, Bibliyaya əsaslanan bu cür narrativlər tarix boyu məskunlaşma siyasətini legitimləşdirmək və ərazi üzərində suverenlik iddiasını təsdiqləmək məqsədilə istifadə olunub.
Anadolu Agency
Ayan Əsgərova