BMT Baş katibinin Ukrayna ilə bağlı bəyanatları onun siyasi qərəzini nümayiş etdirir

Bölmə: Dünya › ,
Tarix: 22:32 10.07.2025

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, BMT Baş katibi Antoniu Quterreşin Rusiyanın Ukraynaya qarşı hücumlarını qınayan bəyanatları “onun siyasi qərəzliyinin və uzaqgörənlikdən uzaq mövqeyinin daha bir bariz nümunəsidir”.

 

Nazirlik qeyd edib ki, Quterreş Kiyevə və onun arxasında dayanan Şimali Atlantika Alyansına (NATO) “demək olar ki, heç bir tənqid olmadan dəstək verir”.

 

Bu barədə Rusiya XİN-in 10 iyul, cümə axşamı günü yaydığı bəyanatda deyilir.

 

“BMT Baş katibi Antoniu Quterreş 5 iyulda Ukrayna böhranı ilə bağlı növbəti dəfə təxribat xarakterli açıqlamalar verib. O, Rusiya Federasiyasının guya son üç ilin ən böyük PUA və raket hücumları ilə həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib, bu hücumların Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) enerji təchizatında fasiləyə səbəb olduğunu və mülki əhali arasında artan itkilərin və təhlükəli eskalasiyanın onu narahat etdiyini bildirib”, – deyə Rusiya XİN vurğulayıb.

 

Anadolu Agency

Ayan Əsgərova