Türkiyədə kütləvi zəhərlənmə olub

Bölmə: Dünya › ,
Tarix: 13:20 13.07.2025

Türkiyənin Aydın vilayətində yerləşən kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb.

 

Məsələ ilə bağlı araşdırma aparılır.