Bu ölkə Rusiyaya 12 milyondan çox mərmi göndərib

Tarix: 13:29 13.07.2025
Şimali Koreya Rusiyaya ümumilikdə 12 milyondan çox mərmi göndərib.
"İnformator.az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi kəşfiyyatı məlumat yayıb.
“Kəşfiyyat məlumatları göstərir ki, Şimali Koreya Rusiyaya təxminən 28 min konteyner silah və artilleriya mərmisi tədarük edib”, - məlumatda qeyd olunub.