Melonidən Trampın qərarına: Ümid edirik ki, razılaşma olacaq

Tarix: 13:34 13.07.2025
"İtaliya ABŞ-lə ədalətli tarif razılaşmasının əldə olunacağına ümid edir".
"İnformator.az" xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloninin ofisinin yaydığı bəyanatda bildirilib.
“Qarşılıqlı hörmətə əsaslanan razılaşmanın əldə olunması üçün bütün tərəflərin xoşməramlılığına ümid edirik. Xüsusilə indiki geosiyasi şəraitdə Atlantikanın iki sahili arasında ticarət qarşıdurmasının yaranmasının heç bir mənası yoxdur”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edib. Qərar 1 avqustdan qüvvəyə minəcək.