BMT-nin xüsusi məruzəçisindən Aİ-yə çağırış

Tarix: 19:33 15.07.2025
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa İttifaqına İsraillə Tərəfdaşlıq Sazişini dayandırmaq çağırışı edib. O, Aİ-nin hüquqi olaraq bu sazişi dayandırmaqla “məsuliyyət daşıdığını” bildirib və İsrailin insan hüquqlarını pozduğunun artıq BMT və Beynəlxalq Ədalət Məhkəməsinin təsdiqlədiyini xatırladıb.
Albanese Aİ-ni Tel-Əvivlə ticarət və investisiya əməkdaşlığını dayandırmağa çağıraraq, belə bir iqtisadiyyatla əməkdaşlığın "soyqırımla əlaqəli və beynəlxalq hüququn çökməsini qəbul etmək" mənasına gəldiyini deyib.
Aİ ölkələri Brüsseldə İsrailə qarşı mümkün sanksiyaları müzakirə edir. İspaniya, İrlandiya və Sloveniyanın sazişin dayandırılmasını dəstəklədiyi, Almaniya, Avstriya, Çexiya və Macarıstanın isə əleyhinə olduğu qeyd edilir. Sazişin tam dayandırılması yekdillik tələb etdiyindən real görünməsə də, bəzi sahələr üzrə məhdudlaşdırmalar gözlənilir.
Anadolu Agentliyi
Billurə Quliyeva