Avropa ticarət müharibəsinin astanasında

Tarix: 19:34 15.07.2025
ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən etibarən Avropa ölkələri də daxil olmaqla 30%-lik idxal tarifləri tətbiq edəcəyi ilə bağlı açıqlaması Avropada narahatlıq yaradıb.
Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Mers və Fransa Prezidenti Emmanuel Makron dialoqu və qarşılıqlı tərəfdaşlığı dəstəkləsələr də, cavab tədbirlərinin də hazırlanmaqda olduğunu bildiriblər.
Almaniya bu qərarın ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini, sosial proqramların təxirə salına biləcəyini bildirib. İsveç və Macarıstan isə daha sərt mövqe sərgiləyərək ABŞ-nin bu addımını Avropa ilə münasibətlərin gərginləşməsi kimi qiymətləndiriblər. Aİ isə 72 milyard avro dəyərində cavab tarifləri hazırladığını və onların tətbiqini 1 avqusta qədər təxirə saldığını açıqlayıb.
Avropalı ekspertlər hesab edir ki, Aİ ABŞ-lə ticarət münaqişəsi dərinləşərsə, diqqətini Asiya-Sakit Okean regionuna və Hindistana yönəldə bilər. Komissiyanın sədr müavini Teresa Ribera bildirib ki, bu, ədalətli və sabit ticarət münasibətlərini qorumağa kömək edər.
Caliber
Billurə Quliyeva