ABŞ rəqəmsal qaydalara müdaxilə etmək istəyir

Tarix: 19:36 15.07.2025
ABŞ Aİ ilə davam edən ticarət danışıqları çərçivəsində Rəqəmsal Bazarlar Aktı (DMA) üzrə yeni məsləhətçi qurumun yaradılmasını təklif edir.
Bu qurumda tənzimləmələrə məruz qalan texnologiya nəhənglərinə də söz haqqı verilməsi istənilir. Avropa Komissiyası isə bu təklifi rədd edir və rəqəmsal qaydalarda güzəşt olmayacağını bildirir. Trampın avqustun 1-dən etibarən Aİ və Meksikaya qarşı 30%-lik tariflər tətbiq edəcəyini açıqlaması gərginliyi daha da artırıb. Aİ cavab tədbirlərinə hazır olduğunu bildirir.
DMA, böyük texnologiya şirkətlərinin sui-istifadə hallarını qarşısını almağı hədəfləyir və uyğun gəlməyən şirkətlərə qlobal gəlirin 10%-i həcmində cərimə tətbiq edə bilər. Apple və Meta artıq yüz milyonlarla avro məbləğində cərimələnib.
Komissiya sadələşdirmə paketi üzərində işləyir, lakin bunun DMA, DSA və AI Aktını əhatə edib-etməyəcəyi hələ bəlli deyil. Komissar Virkkunen isə Aİ-də bütün şirkətlərə eyni qaydaların tətbiq olunduğunu bildirərək, ABŞ-nin tənqidlərinə cavab verib.
Euronews
Billurə Quliyeva