“Başakşehir” UEFA-dan maliyyə üzrə “tam uyum” alıb

Tarix: 20:44 15.07.2025
“İstanbul Başakşehir Futbol Klubu”UEFA-nın Klub Maliyyə Nəzarəti Palatasının (CFCB) müəyyən etdiyi futbol gəlirləri qaydalarına tam uyğunluq əldə edib.
Klubun yaydığı açıqlamaya görə, “narıncı-göy” rəngləri təmsil edən klub, CFCB-nin 2023–2024 mövsümündə təyin etdiyi maliyyə qaydalarına 2024–2025 mövsümü üçün tam şəkildə əməl edib.
Bu kontekstdə, 2025–2026 UEFA mövsümündə “uzlaşma rejimindən” çıxdığına dair rəsmi məktub UEFA tərəfindən kluba təqdim olunub.
Açıqlamada bildirilir:
“Uzlaşma anlaşmasının uğurla tamamlanması, maliyyə intizamı və davamlı klub idarəçiliyi yanaşmamız çərçivəsində atılan addımların Avropa futbolunun ən yüksək nəzarət orqanlarının təsdiqləməsi klubumuz üçün böyük qürur mənbəyidir. ‘Başakşehir FK’ olaraq, şəffaflıq, maliyyə davamlılığı və idman uğurları prinsipləri əsasında Türk futboluna dəyər qatmağa və Avropa səhnəsində ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə davam edəcəyik".
Mənbə: TRT Haber
Nigar Həsənzadə